Balakəndə polis özbaşınalığı: rəis iş adamlarını «xəraca» bağlayır — FOTOLAR

«AzGlobus»un redaksiyasına Balakən rayonundakı iş adamlarından birindən şikayət daxil olub.

Məktubu yazan Balakən rayon sakini, rayonda fəaliyyət göstərən «Grand Palace» şadlıq sarayının direktoru Şamil Qebeyev artıq bir ildir ki, rayonun polis rəisi Elnur Həsənov tərəfindən təqib edildiyini bildirir.

Daha sonra redaksiyamızla telefon əlaqəsi saxlayan iş adamı 2015-ci ilin iyul ayında polis rəisinin onun yanına adam göndərərək əgər rahat işləmək istəyirəmsə 5000 manat xərac verməli olduğumu bildirdi. Mən bu məbləği rəisə verməkdən imtina edəndən sonra problemlərim başladı.

2016-cı ilin aprel ayında isə rəis iş adamını kabinetinə çağırıb ona şəxsən xəbərdarlıq edib ki, 5000 min manatı verməsə, ona bu rayonda biznesini davam etdirmək imkanı verməyəcək. İş adamı bu dəfə şəxsən rəis Elnur Həsənova bildirib ki, işləyir, dövlətə vergi verir və onun kiməsə veriləcək artıq pulu yoxdur.

«3 gün əvvəl, bu ayın 24-ü dostlarımla rayondakı kafelərdən birində şam edirdim. Başqa masalardan birinin ətrafında da rəis Elnur Həsənov yeyib-içirdi. Bir neçə saatdan sonra mən dostlarımla vidalaşıb kafedən çıxdım. Maşınıma əyləşib evə yola düşdüm. Kafedən bir az aralanan kimi DYP maşını məni saxladı. DYP əməkdaşı mənim yaxşı tanıdığım şəxs idi. Mən maşından düşən kimi o üzrxahlıq edib dedi ki, qardaş bağışla indi rəis zəng vurub tapşırıq verib ki, səni tutub bölməyə aparaq və içib-içmədiyini yoxlayaq, amma mən bilirəm ki, içkili deyilsən. Təbii ki, mən içməmişdim. Gəldik polis idarəsinə. Polis əməkdaşları məni polis maşınına əyləşdirərək xəstəxanaya apardılar. Yarı yolda rəis polisi əməkdaşlardan birinə zəng vuraraq məni geri şöbəyə gətirməyi əmr etdi. Polis əməkdaşı mənə tərəf dönərək dedi ki, rəis deyir həkimi çağırın onu burada yoxlasın. Bunu sübut etmək üçün mənim əlimdə videofakt da var və lazım gələrsə, bu faktı əlaqədar orqanlara təqdim edə bilərəm.

Şöbəyə çatdılq. Bir həkim çağırdılar. Həkim gəldi yoxladı və dedi ki, bu vətəndaş spirtli içki qəbul etməyib. Bu haqda rəisə məruzə etdilər və o göstəriş verdi ki, daha bir həkim çağırın gəlsin yoxlasın. İkinci həkim də gəldi yoxladı və dedi ki, bu vətəndaş içkili deyil. Naəlac qalıb məni polis idarəsindən buraxdılar, amma maşınımı saxladılar şöbənin həyətində. Polis rəisi Elnur Həsənovun mənə qarşı bu özbaşınalığı bir ildir davam edir və bir ildir o məni obyektimi bağlamaqla və özümü də «ilişdirməklə» hədələyir», deyə balakənli iş adamı əməkdaşımızla söhbətində bildirib.

Məsələ ilə bağlı sahibkar Şamil Qebeyev artıq ölkə prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Həmin müraciətin surətini də sizə təqdim edirik:

14508626_1164710383604350_1681834929_n
Balakən rayon polis şöbəsi

14483670_1164711356937586_722876882_n
Balakən RPŞ-nin rəisi Elnur Həsənov

14509135_1164716163603772_1619449980_n
İş adamının ölkə rəhbərliyinə müraciəti

14483532_1164715113603877_2000803638_n

14470800_1165395353535853_877458691_n
İş adamı Şamil Qebeyin qanunsuz əlindən alınaraq polis şöbəsinin həyətinə həbs edilmiş avtomobili

AzGlobus

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s